Mono Digital korporativ saytlar, landing page, katalog və booking yönümlü həlləri aydın struktur, SEO və conversion axını ilə qurur.
Strategiya • UX • SEO • Development
2 dəqiqəlik müraciət
Real bizneslər üçün qurulmuş sistemlər
Qısa məlumatları göndərin. Biz saytınızın məqsədini, strukturunu və uyğun həll modelini dəyərləndirib sizinlə əlaqə saxlayacağıq.
Sorğunuz nəzərdən keçirildikdən sonra uyğun yanaşma və növbəti addım təklif olunur.
Sorğunuz nəzərdən keçirildikdən sonra uyğun yanaşma və növbəti addım təklif olunur.


Sadəcə vizual deyil, məqsədə uyğun struktur qururuq.

Saytlar sürət, təhlükəsizlik və elastiklik nəzərə alınaraq hazırlanır.

Axtarış motorları üçün düzgün təməl qurulur.

Sayt bütün cihazlarda təmiz və rahat işləyir.
Bir çox biznesin saytı var, amma sayt onların inkişafına real təsir etmir. Səbəb təkcə dizayn deyil. Problem adətən strukturun zəif qurulması, istifadəçi təcrübəsinin qarışıq olması, zəif etibar elementləri və aydın CTA-ların olmamasıdır.

İstifadəçi nə etdiyinizi və haradan başlamalı olduğunu tez anlamır.

Saytda kifayət qədər güvən yaradan elementlər olmadıqda müraciət nisbəti aşağı düşür.

İstifadəçilərin böyük hissəsi mobil cihazdan gəlir. Mobil UX zəifdirsə, çıxış artır.

Gözəl görünən, amma yönləndirməyən sayt biznes üçün effektiv olmur.
Biz hər layihəyə biznes məqsədi, istifadəçi davranışı və gələcək inkişaf ehtiyacı ilə yanaşırıq. Nəticədə ortaya sadəcə “sayt” yox, markanızı düzgün təqdim edən və istifadəçini hərəkətə gətirən rəqəmsal sistem çıxır.

Məzmun, səhifə axını və CTA-lar istifadəçinin qərar vermə prosesinə uyğun qurulur.

Brendinizə uyğun, təmiz və peşəkar görünüşlü interfeys hazırlanır.

Sürət, mobil uyğunluq, təhlükəsizlik və genişlənə bilən struktur nəzərə alınır.

Şirkətinizi peşəkar şəkildə təqdim edən, xidmətlərinizi aydın göstərən və etibar yaradan çoxsəhifəli saytlar.

Müştəri müraciətlərini artırmaq üçün fokuslanmış struktur və conversion yönümlü səhifələr.

Reklam və kampaniyalar üçün hazırlanmış, bir məqsədə fokuslanan yüksək dönüşümlü səhifələr.

Məhsul və xidmətlərinizi strukturlaşdırılmış şəkildə təqdim edən istifadəsi rahat səhifələr.

Rezervasiya, sorğu və ya müraciət prosesini sadələşdirən funksional saytlar.

Standart paketdən kənar, biznesinizə uyğun fərdi funksional saytlar.
Peşəkar hazırlanmış sayt yalnız internetdə görünmək üçün deyil.
O, istifadəçidə ilk təəssüratı formalaşdırmalı, inam yaratmalı və biznes məqsədinizə xidmət etməlidir.






Mono Digital olaraq yanaşmamız sadədir: sayt gözəl görünməklə kifayətlənməməlidir. O, istifadəçini yönləndirməli, etibar yaratmalı və biznes məqsədinə xidmət etməlidir. Buna görə hər layihədə struktur, məzmun axını və texniki performans birlikdə nəzərə alınır.

Fərqli sahələr üçün hazırladığımız sayt layihələrində məqsəd həmişə eyni olub: daha aydın təqdimat, daha güclü etibar və daha düzgün istifadəçi axını.

Bütün sistemi WordPress-ə köçürdü, City Carrier API inteqrasiyalarını tətbiq etdi və real vaxt rejimində bağlama yaratmağı və iş axınlarını izləməyi təmin etdi.

Sistem arxitekturasını yenidən qurdu, məhsul strukturunu dəqiqləşdirdi və miqyaslana bilən SaaS platforması yaratdı

Sifariş axını yenidən quruldu, otaq əsaslı rezervasiyalar aktivləşdirildi və otel təcrübəsi müasirləşdirildi

HGNS-i tam funksional məsləhət sistemi, ödəniş inteqrasiyası və avtomatlaşdırılmış müştəri axını ilə müasir bir hüquq firması veb saytına çevirdik.

Nəticə: Daha müasir, istifadəyə yararlı və satışa hazır səyahət veb saytı

Struktur yenidən quruldu, məhsulun görünürlüyü yaxşılaşdırıldı və miqyaslana bilən kataloq sistemi yaradıldı

Biznesinizi, hədəf auditoriyanızı və məqsədinizi müəyyənləşdiririk.

Səhifə xəritəsi, məzmun axını və əsas CTA nöqtələri hazırlanır.

Brendinizə uyğun, təmiz və funksional interfeys hazırlanır.

Sayt yığılır, mobil uyğunluq, sürət və əsas texniki detallar tamamlanır.

Sayt yoxlanılır, son düzəlişlər edilir və yayıma hazırlanır.
Bizim yanaşmamız sadəcə dizayn hazırlamaqdan ibarət deyil.
Hər layihəyə biznes məqsədi, istifadəçi davranışı, texniki performans və gələcək inkişaf ehtiyacları birlikdə nəzərə alınaraq yanaşılır.

Sayt yalnız görünüşə görə deyil, nəticəyə görə düşünülür.

Səhifələr istifadəçini qarışdırmadan, yönləndirəcək şəkildə planlanır.

Müasir, təmiz və etibarlı görünüş prioritetdir.

Sayt gələcəkdə genişlənə biləcək formada qurulur.

Layihə boyunca kommunikasiya aydın və strukturlaşdırılmış olur.
İstər sıfırdan yeni sayt, istər redesign, istər landing page
məqsədinizə uyğun həll yolu müəyyənləşdirək.
10+ real layihədə tətbiq olunub
Layihənin həcmi, səhifə sayı və funksionallıq səviyyəsindən asılı olaraq dəyişir. Sadə landing page daha qısa müddətdə, daha geniş və fərdi həllər isə mərhələli şəkildə hazırlanır.
Bəli, bütün layihələrdə mobil uyğunluq əsas prioritetlərdən biridir. Sayt telefon və planşetlərdə rahat istifadə ediləcək şəkildə optimallaşdırılır.
Bəli, struktur, heading sistemi, məzmun düzülüşü və əsas texniki baza SEO düşüncəsi ilə qurulur.
Bəli, əgər mövcud saytınız zəif işləyirsə və ya köhnə görünürsə, onu daha güclü struktur və müasir dizaynla yenidən qurmaq mümkündür.
Bəli, düzgün texniki baza ilə qurulan sayt sonradan genişləndirilə bilər.
Səhifədəki formu dolduraraq və ya əlaqə düyməsi vasitəsilə layihəniz haqqında məlumat göndərə bilərsiniz.
Sizə uyğun struktur, düzgün dizayn və məqsəd yönümlü yanaşma ilə sayt layihənizi birlikdə quraq.
İlk mərhələdə layihənizin ehtiyaclarını dəyərləndirib sizə uyğun istiqamət təklif edirik.